Türkiyədə COVID-19-dan 186 nəfər ölüb
20:47 08 Yanvar 2021

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 186 nəfər ölüb.
Femida.az -IN xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 479 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9 894, ağır xəstələr isə 3 094 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 307 581 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 182 145 nəfər sağalıb, 22 450 nəfər isə ölüb.
Nazir deyib ki, ağır xəstə sayı azalmağda davam edir.
Oxunub: 230
Oxşar xəbərlər
- Türkiyədə COVID-19-dan 159 nəfər ölüb
- Türkiyədə koronavirusu 10 saniyəyə təyin edən cihaz hazırlandı
- Türkiyədə zəlzələ olub
- Türkiyədə 5 terrorçu zərərsizləşdirilib
- Türkiyədə zəlzələ oldu
- Türkiyədə zəlzələ olub
- Türkiyədə qar uçqunu altında qalan əsgərlərdən biri ölüb
- Türkiyədə 6,4 bal gücündə zəlzələ oldu
- Türkiyədə COVID-19-dan rekord sayda sutkalıq ölüm hadisəsi qeydə alınıb
- Türkiyədə daha iki zəlzələ oldu