Türkiyədə COVID-19-dan 186 nəfər ölüb


20:47     08 Yanvar 2021 21_01_08_1610123195.jpg

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 186 nəfər ölüb.

Femida.az -IN xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 479 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9 894, ağır xəstələr isə 3 094 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 307 581 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 182 145 nəfər sağalıb, 22 450 nəfər isə ölüb.

Nazir deyib ki, ağır xəstə sayı azalmağda davam edir.

Açar sözlər:

Oxunub: 381