Xızı və Masallı sakinindən narkotik götürüldü


09:47     09 Yanvar 2021 21_01_09_1610171921.jpg


Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.


DİN-in Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Kərimov qəsəbə ərazisində tutulub.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı M.Kərimovdan sellofan torbada təmiz çəkisi 480 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı M.Kərimov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 5 kq-dan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Cəbrayıl Şükürov Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində saxlanılıb.

Üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 18 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq C.Şükürovun yaşadığı evə keçirilən baxış zamanı həyətindəki tövlədən polietilen torbada 5 kq 210 qram çəkidə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 542