Bakı - Qazax yolu buz bağladı, zəncirvari qəza oldu (FOTO)


10:18     09 Yanvar 2021 21_01_09_1610173120.jpg


Bakı-Qazax yolunda zəncirvari qəza baş verib.


Trend-in məlumatına görə, hadisə yolun Kürdəmir rayonu ərazisindən keçən hissəsində olub.

Yolda bir neçə minik və yük avtomobillərinin idarəetməni itirməsi nəticəsində yolun hərəkət zolağından çıxaraq bir-birinə dəyib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması məlum deyil.

Zəncirvari qəzanın baş verməsinə səbəb yolun hərəkət hissəsinin buz bağlamasıdır.



Femida.az

Açar sözlər:

Oxunub: 400