Konstitusiya Məhkəməsində Ombudsmanın sorğusuna baxılacaq
10:57 09 Yanvar 2021

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 2-nə təyin edilmiş iclasında baxılacaq.
Femida.az
Oxunub: 796
Oxşar xəbərlər
- Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək
- Konstitusiya Məhkəməsi: Lizinq müqaviləsi kredit deyil
- Konstitusiya Məhkəməsi Ali Məhkəmənin sorğusunu icraata qəbul etdi
- Konstitusiya Məhkəməsi Ombudsmanın sorğusunu Plenumun icraatına qəbul edib
- Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
- Konstitusiya Məhkəməsinin sədri təltif olundu
- Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
- Mehriban Əliyeva Konstitusiya Günü münasibəti ilə xalqı təbrik edib
- Azərbaycanda Konstitusiya Günüdür
- Konstitusiya Məhkəməsindən Bərdə terroru ilə bağlı MÜRACİƏT