“Azəriqaz” işçiləri əmək haqlarının 10 faizini “YAŞAT” Fonduna köçürdü


11:20     09 Yanvar 2021 21_01_09_1610176831.jpg


“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları ötən ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10%-ni “YAŞAT” Fonduna köçürüb.

Femida.az xəbər verir ki, bu ümumilikdə 509 608 manat edib.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi ötən ilin noyabr ayında Silahlı Qüvvələrə Yardım Fonduna bir milyon manata yaxın yardım edib. Bundan başqa 2020-ci ildə dünyada yayılmış koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Azəriqaz” İstehsalat Birliyinin strateji rəhbərləri bir aylıq vəzifə əmək haqlarının 50%-i həcmində vəsait köçürüb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 193