Kürdəmir yolunda qəza: Polis maşını yararsız hala düşdü


12:05     09 Yanvar 2021 2021/01/1610172764_c3_1610181371.jpg

Kürdəmir yolunda dəhşətli qəza baş verib.


Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Kürdəmir postunun yaxınlığında baş verən hadisə zamanı polis maşını arxadan DAF markalı yük maşınına dəyərək, yararsız hala düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin məlumata görə, qəzaya səbəb yolların buzlu və dumanlı olmasıdır.

Qəzadan görüntüləri təqdim edirik:

Femida.az

Açar sözlər:

Oxunub: 597