Cəbrayılda daha 3 erməni hərbçinin cəsədi tapıldı


12:55     09 Yanvar 2021 ermeni_herbci.jpg

Qarabağ bölgəsində aparılan axtarışlar nəticəsində daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Cəsədlər Cəbrayıl rayonunda aşkar edilib. Axtarış işləri 11 yanvarda davam etdiriləcək.

Qeyd edək ki, ümumilikdə döyüş bölgəsindən 1197 erməninin cəsədi götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 951