Ötən il Dövlət Komitəsinə 6,5 min müraciət i olub - Əksəriyyəti alimentlə bağlıdır
12:57 09 Yanvar 2021

2020-ci il ərzində Komitəyə vətəndaşlardan 6 506 müraciət, o cümlədən 4 627 ərizə, 1 876 şikayət daxil olub.
Femida.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2020-ci ildə daxil olmuş vətəndaşların müraciətləri ilə bağlı görülən işlər və tədbirlər barədə məlumatda öz əksini tapıb.
Bildirilib ki, müraciətlərdən 964-ü qəbul zamanı təqdim edilib. Qeyd olunub ki, cari il ərzində Komitəyə vətəndaşların müraciətləri ilə bağlı 691 cavab məktubu daxil olub.
Aparılan araşdırılma zamanı məlum olub ki, Komitəyə ən çox Bakının Yasamal, Binəqədi, Suraxanı rayonlarından, həmçinin Sumqayıt şəhərindən, Sabirabad, Lənkəran, Saatlı, rayonlarından müraciət daxil olub.
Müraciətlərin əksəriyyəti maddi yardım, müalicə və müayinə olunmada köməklik, uşaqla keçirilən fərdi məşğələlər, iş, mənzil və ya fərdi ev tikmək üçün torpaq sahəsi ilə təmin edilmə, müxtəlif yönümlü sosial müavinətlərin alınması, aliment ödənilməsi ilə bağlıdır.
Femida.az
Oxunub: 232
Oxşar xəbərlər
- Ötən il Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırılıb
- Ötən il Bakıda cinayət hadisələrinin sayı azalıb
- Ötən il Azərbaycanda 197 nəqliyyat vasitəsi qaçırılıb
- Ötən il Azərbaycanda 200-dən çox yanğın olub
- Ötən il 674 koronavirus xəstəsi barəsində cinayət işi açılıb
- Ötən il Azərbaycanda 116 min nəfər doğulub - 61 min nəfər ölüb
- Ötən il 1,8 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb
- Ötən il telekanallarda müşahidə olunan əsas qanun pozuntuları açıqlanıb
- Ötən il 7 siyasi partiya dövlət qeydiyyatına alınıb
- Ötən il övladlığa verilən uşaqların sayı açıqlanıb