Obama etiraf etdi: “Liviyada səhvə yol vermişik”


13:18     20 Dekabr 2015 obama-signs-secret-directive1.jpg

ABŞ dövlət katibi Con Kerri ölkəsinin Liviyada səhvə yol verdiyini etiraf edib.


Femida.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Con Kerri “Rissiya 1” telekanalına müsahibəsində bildirib.

“Prezident Obama ABŞ-ın Liviyada addımlarının bəzilərinin səhv olduğunu etiraf edib, çünki Amerika hərbi müdaxilə etdikdən sonra bu ölkədə legitim hakimiyyətin formalaşdırılmasına dəstək verməyib”, deyə Kerri bildirib.

Dövlət katibi əlavə edib ki, ölkəsinin liviyada sabitlikdən yana olduğunu deyib.

“Liviyada vəziyyətin sabitləşməsinə və gərginliyin azalmasına ümid edirik. Ölkədə yaradılacaq yeni milli birlik hakimiyyətini dəstəkləmək niyyətindəyik”.

Açar sözlər:

Oxunub: 1208