Bakının bəzi qəsəbələrində su kəsilib


14:12     09 Yanvar 2021 2018/01/suolmayacaq-su-kesilecek_1516168199.jpg

Bu gün Bakının bəzi qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyət tətbiq edilib.


Bu barədə Femida.az-a “Azərsu” ASC-də məlumat verilib.

Məlumata görə, səbəb magistral su kəmərində baş vermiş qəzadır. Odur ki, Şüvəlan, Şimal DRES və Mərdəkan qəsəbələrinin bir hissəsi susuz qalıb.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması işləri aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 195