İki şəhidin ailəsinə güzəştli mənzillər təqdim edildi
15:36 09 Yanvar 2021

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə diqqət və qayğı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə başçısının rəhbərliyi ilə bu kateqoriyaya aid olan insanların sosial müdafiəsinin gücləndirilməsi, müavinət və ya pensiya ilə təmin olunması, həmçinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində mənzil seçib, lakin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan 2 hərbçinin ailə üzvlərinin mənzillərlə təmin edilməsini MİDA-nın öz öhdəsinə götürməsi də dövlət qayğısının təzahürüdür.
MİDA-dan Femida.az-a bildirilib ki, “Güzəştli mənzil” sistemində “ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları” kateqoriyası ilə qeydiyyatdan keçən 1991-ci il təvəllüdlü Hüseynov Orxan Bəhmən oğlu və 1994-cü il təvəllüdlü Hüseynov Fərid Fətəli oğlu 2020-ci il sentyabrın 10-da Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək 2 otaqlı mənzil seçiblər.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər 2 hərbçimiz canından, qanından keçərək şəhidlik zirvəsinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıbdır. Ölkə başçısının siyasətinə uyğun olaraq hər 2 hərbi qulluqçumuz tərəfindən seçilən mənzillər onların ailələrinə təqdim edilib.
Mənzillə təmin olunmuş şəhid ailələri xalqımıza tarixi Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyev və Silahlı Qüvvələrimizlə qürur duyduqlarını qeyd ediblər. Onlara göstərilən yüksək diqqət və qayğıya, sosial müdafiələrinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Femida.az
Oxunub: 216
Oxşar xəbərlər
- İki rayonda yanğın olub
- İki yeni polis binası istifadəyə verildi
- İki qardaş döyüşə yollandı, biri şəhid oldu - Elnur Abışov düşmənə ağır zərbələr vurub - VİDEO
- İki formada yazılan kənd adlarının düzgün yazılış qaydası müəyyən edilib - SİYAHI
- İki oğlu ilə birgə döyüşlərə qatıldı, övladları qazi, özü isə şəhid oldu - VİDEO
- İkinci Qarabağ müharibəsinin ilk xanım şəhidi: Uşaqlarım sənə əmanət, ana...
- İki nazirlik Ermənistanla bağlı bəyanat yaydı
- İki metro stansiyasında bu hissələr açıldı
- İki məhkəmə sədri barədə intizam icraatı başlandı
- İki qardaş Kürdə batdı - Biri xilas edildi