DİN: 2 258 nəqliyyat vasitəsi postlardan geri qaytarılıb


15:56     09 Yanvar 2021 2021/01/fba9a82b-3e03-3807-b87c-3bce93e17e65_850_1610193754.jpg

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

2021-ci il yanvarın 8-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2 258 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 147 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Eyni zamanda ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılmaqla barələrində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

"Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 353