Tərtərdə evində repetitor fəaliyyəti ilə məşğul olan şəxs cərimələnib - VİDEO
17:55 09 Yanvar 2021
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-A verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Mehriban Mehdiyevanın rayon ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evində repetitor fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.
M. Mehdiyeva xüsusi karantin rejiminin qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, orada olan 11 nəfər şagirdin valideynlərinə isə ciddi xəbərdarlıqlar edilib.
Oxunub: 435
Oxşar xəbərlər
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tərtərdə elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Tərtərdə qohumunu qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Tərtərdə silah-sursat aşkar edilib
- Tərtərdə gənc oğlan qətlə yetirilib - FOTO
- Tərtərdə 21 yaşlı gənc itkin düşüb
- Tərtərdə müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb
- Tərtərdə mağaza, Şabranda quşçuluq sexi yanıb
- Tərtərdə qanunsuz ov edən şəxslər saxlanılıb
- Tərtərdə müştərilərə qəlyan təklif edən çay evinin inzibatçısına cinayət işi başlanılıb