Hərbi vəzifəli əsgər intihar edib


18:13     09 Yanvar 2021 21_01_09_1610201690.jpg

Vətən Müharibəsi qazisi Yunis Mənsurov yanvar ayının 7-də intihar edib.

Bu barədə qazinin yaxınları məlumat verib. Bildirilib ki, əslən Xızı rayonundan olan 24 yaşlı Yunis Abşeron rayon Sulutəpə qəsəbəsində yaşayırmış.

Döyüşlər başlayan zaman o, könüllü şəkildə cəbhəyə yollanıb və torpaqlarımızın işğaldan azad olunmasında aktiv iştirak edib. Dekabr ayının 30-u isə tərxis olunub və ailəsinin yanına qayıdıb.

Yaxınları bildirirlər ki, onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Qeyd edək ki, yanvarın 6-da İkinci Qarabağ müharibəsində yaralanan əsgər Vüsal Musayev də Bakıda müalicə aldığı hərbi hospitalda intihar etmişdi və bu, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiq ediblər. Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 743