Ağstafa sakini qaynı tərəfindən qətlə yetirilib


20:33     09 Yanvar 2021 21_01_09_1610207712.jpg

Yanvarın 9-da saat 16 radələrində Ağstafa rayonunun Sadıxlı kəndində Taleh Süleymanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağstafa rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin qaynı 1991-ci il təvəllüdlü Mustafayev Ramil Məmmədrahim oğlunun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Taleh Süleymanova odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Ramil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 438