Almaniyada pandemiyadan ölənlərin sayı 40 mini ötdü


09:52     10 Yanvar 2021 2021/01/1f0c37a0-c113-3725-a839-3732dbeb1f3f_850_1610258018.jpg

Almaniyada ötən gün 16 946 nəfərə COVID-19 diaqnozu qoyulub.

Femida.az xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Məlumata görə, son sutkada Almaniyada 465 nəfər pandemiyanın qurbanı olub.

Beləliklə, Qərbi Avropa ölkəsində indiyədək 1 908 527 nəfərdə koronavirus qeydə alınıb. Onlardan 40 343 nəfər dünyasını dəyişib. Ümumi sağalanların sayı isə 1,5 milyondan çoxdur.

Açar sözlər:

Oxunub: 339