Ermənistanda koronavirusa yoluxanların sayı 162 mini ötdü


11:32     10 Yanvar 2021 21_01_10_1610264007.jpg

Ermənistanda daha 337 nəfərdə koronavirus aşkarlanıb.

Femida.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 162 131 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 2 929-a çatıb. İndiyədək 149 312 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 9 190 aktiv koronavirus xəstəsi var.

Açar sözlər:

Oxunub: 189