Türkiyə Müdafiə Nazirliyi Azərbaycandakı hərbçiləri ilə bağlı açıqlama yayıb


12:29     10 Yanvar 2021 21_01_10_1610267469.jpg

Türkiyə hərbçiləri Azərbaycanın işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsində iştirak edir.

Femida.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Türkiyə Quru Qüvvələrinin Xüsusi Təyinatlı Mina Təmizləmə birliklərinin 136 hərbçisi Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib. Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə mina təmizləmə təlimi keçməklə bərabər, Qarabağda mina təmizləmə əməliyyatlarında da iştirak edir.

Açar sözlər:

Oxunub: 333