“Putindən başqa dostum yoxdur” - Lukaşenko


14:38     10 Yanvar 2021 2021/01/15753-1610273726_1610275857.jpg

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, rusiyalı həmkarı Vladimir Putindən başqa dostu yoxdur.

Azvision.az -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Belarus lideri Putini təkcə özünün deyil, xalqının da dostu hesab edir.

"Bəli, onu (Putini-red) dostum hesab edirəm və bu il təkcə mənim dostum deyil, həm də Belarus xalqının dostu olduğunu təsdiqlədi",- deyə Lukaşenko Rusiya telekanalına müsahibəsində bildirib.

Bundan əlavə, Belarus lideri rəqiblərinin çox olduğunu, ancaq onların düşmən olub-olmadığını zaman göstərəcəyini qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 188


Oxşar xəbərlər