ICESCO-nun Baş direktoru Azərbaycana səfər edəcək


14:51     10 Yanvar 2021 21_01_10_1610275928.jpg


İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfər edəcək.

Femida.az təşkilata istinadən xəbər verir ki, səfər yanvarın 11-də baş tutacaq.

Görüşlərdə Azərbaycanla ICESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Salim bin Məhəmməd əl-Malik Qarabağda tarixi və mədəniyyət abidələrini də ziyarət edəcək.

Səfər çərçivəsində Azərbaycanın tarixi maddi irsinin qorunması, onların daha bir neçəsinin ICESCO-nun İslam Dünyası İrsi Siyahısına əlavə edilməsi məsələsi də müzakirə ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 342