Londonda “Qarabağın səsi” xeyriyyə konserti keçiriləcək


15:16     10 Yanvar 2021 21_01_10_1610277556.jpg


Yanvarın 10-u Bakı vaxtilə saat 21:00-da Böyük Britaniyanın paytaxtı London şəhərində fəaliyyət göstərən Beynəlxalq Azərbaycan İcmasının və "Red Hearts" Fondu ilə əməkdaşlıq edən könüllülər qrupunun təşəbbüsü ilə "Qarabağın Səsi" ("Voice of Karabakh") adlı qlobal onlayn xeyriyyə konserti keçiriləcək.

Bu barədə Femida.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Britaniya Azərbaycanlıları İcmasının və Beynəlxalq Azərbaycan İcmasının sədri Fəridə Pənahova bildirib ki, məqsəd Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə zamanı zərərçəkmiş mülki əhaliyə dəstək göstərməkdir.

Konsertdə ölkəmizin tanınmış müğənniləri Fidan Hacıyeva, Mirələm Mirələmov, Tünzalə Ağayeva, Miri Yusif, Murad Arif və digərləri iştirak edəcəklər.

"Qarabağın Səsi" xeyriyyə konserti Azərbaycan Beynəlxalq Cəmiyyətinin youtube kanalı vasitəsilə nümayiş etdiriləcək.

Konsertin anonsunu BURADAN izləmək olar:

Femida.az

Açar sözlər:

Oxunub: 181