Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya yaradılıb
16:26 10 Yanvar 2021
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən komissiya yaradılıb.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu kateqoriyadan olan şəxslərin qəbulu və müraciətlərinə baxılması yanvarın 11-dən başlayaraq (bazar günü istisna olmaqla) saat 09:00-dan 18:00-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76) həyata keçiriləcək.
Komissiyaya müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, hərbi hissənin ərazisinə məlumat daşıyıcıları və digər cihazlar ilə daxil olmaq qadağandır.
Bildiririk ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq, hərbi qulluqçuların və mülki şəxslərin sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və tövsiyələrinə (maskadan istifadə olunması, əllərin müvafiq məhlulla dezinfeksiya edilməsi, sosial məsafənin saxlanılması və s.) ciddi riayət olunmalıdır.
Femida.az
Oxunub: 997
Oxşar xəbərlər
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib
- Rusiyada qismən səfərbərlik elan olunub
- Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb
- Səfərbərlik Xidmətinin rəisinə yeni müavin təyin edilib
- General Səfərbərlik Xidmətinin rəis müavini vəzifəsindən azad olunub
- Zelenski səfərbərliklə bağlı qərar verdi
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı
- Səfərbərlikdən tərxis edilənlərin müraciətləri üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
- Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə yaradılan komissiya fəaliyyətə başlayıb
- Müharibəyə çağırılan şəxslər bu tarixədək hamısı tərxis olunacaq - SƏRƏNCAM