Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək
15:55 10 Yanvar 2021

Sabah Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılacaq.
Femida.az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüş Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilir. Görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq.
Görüşdə hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş rayonların əhalisinə yardım, blokadanın qaldırılması və iqtisadi-ticari və nəqliyyat əlaqələrinin inkişafı da diqqət mərkəzində olacaq.
Eyni zamanda V. Putinin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə təkbətək görüşləri nəzərdə tutulub.
Femida.az
Oxunub: 257
Oxşar xəbərlər
- Putin: “Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl həyata keçirilir”
- ÜST: Hazırda daha 10 peyvənd dəyərləndirmədən keçirilir
- Hikmət Hacıyev: “Ermənistan da Azərbaycan-Türkiyə əməkdaşlığından faydalana bilər”
- Prezident: "Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik"
- Bakıda dəhşətli hadisə: gənc qadını doğrayıb zibil qutusuna atdılar
- XİN: Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək
- DİN: Ötən gün 2 yol qəzası olub, 2 nəfər ölüb
- FHN: Xırdalanda partlayış baş verən evdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir
- "Azəriqaz": Xırdalanda partlayış ərazisindən yeraltı qaz kəməri keçmir
- Ombudsman Aparatı: Əfqan Sadıqov komada deyil