Putin İlham Əliyev və Paşinyanla görüş öncəsi müşavirə keçirib
17:40 10 Yanvar 2021

Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə müşavirə keçirilib.
Femida.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş ərəfəsində Vladimir Putin Qarabağ və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün müşavirə keçirib.
Müşavirədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak edib” deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqlar aparılacaq.
Femida.az
Oxunub: 184
Oxşar xəbərlər
- Putin və Makron Moskva görüşünü müzakirə etdi
- Putinin səhhəti pisləşib? - Rəsmi Moskva AÇIQLADI
- Putin koronavirusa görə «Bunker»dən çıxmır
- Putinin illik böyük mətbuat konfransının vaxtı məlum olub
- Putindən Qarabağla bağlı yeni açıqlama
- Putin Qarabağda sülhməramlılarla bağlı Federasiya Şurasına müraciət etdi
- Putin və Makron arasında Dağlıq Qarabağ müzakirəsi
- Putin İlham Əliyevlə və Paşinyanla Dağlıq Qarabağ üzrə sazişi müzakirə edib
- Putin Qarabağla bağlı fərman imzaladı
- Putin iki naziri istefaya göndərdi