Vilayət Eyvazovdan yeni təyinat


19:31     10 Yanvar 2021 vilayet.jpg

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Femida.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Nazir Vilayət Eyvazov əmr imzalayıb.

Belə ki, polis polkovnik-leytenantı Ramiz Novruzov Səbail rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəis müavini təyin olunub.

Qeyd edək ki Nizami RPİ-nin əvvəlki rəis müavini Nəvai Qasımov bir müddət əvvəl Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 439