Zəngilanda 14 erməni hərbçisinin cəsədi tapıldı


21:53     10 Yanvar 2021 2021/01/4F9BAD4E-BAF6-448F-B8A5-97C4011CCA10_1610301298.jpeg

Qarabağ bölgəsində aparılan axtarışlar nəticəsində daha 14 erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.

Femida.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Cəsədlər Zəngilan rayonu ərazisində aşkarlanıb. Axtarış işlərinin davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, ümumilikdə isə 2020-ci ilin noyabr ayının 13-dən bəri döyüş bölgəsindən 1211 erməni cəsədi götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 417