Ankarada zəlzələ olub


09:14     11 Yanvar 2021 zelze%20444.jpg

Türkiyənin paytaxtı Ankarada 4,5 bal gücündə zəlzələ baş verib.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Ankaranın ətraf bölgələrində də hiss olunub. Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub. Sakinlər evlərini tərk edərək küçələrə axışıblar.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 454