İsa Həbibbəyli vəzifədən azad edilməsinə münasibət bildirdi
09:41 11 Yanvar 2021
Akademik İsa Həbibbəyli AMEA-nın yanvarın 8-də keçirilən iclasında qəbul edilən qərarla birinci vitse-prezident vəzifəsindən azad edilməsinə münasibət bildirib.
İ.Həbibbəyli report-a açıqlamasında dünya akdemiyalarının böyük əksəriyyətində birinci vitse-prezident vəzifəsi üçün bir ştat müəyyən olunduğunu bildirib.
Onun sözlərinə görə, AMEA-da da birinci vitse-prezidentin bir nəfər müəyyən edilməsi dünya akdemiyalarında olan prosesə tamamilə uyğundur:
“Birinci vitse-prezident akdemiyanın prezidentindən sonra ikinci adamdır. Əsasən təşkilati, inzibati işləri həyata keçirir, akademiyanın prezidentinin tapşırıqlarını yerinə yetirir və onun fəaliyyətini digər vitse-prezidentlərlə əlaqələndirir. Bu baxımdan bir nəfərdən ibarət birinci vitse-prezident institutunun müəyyən olunması akademiyanın prezidentləri ilə vitse-prezident insitutlarının fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi baxımından fayda verəcək".
"Hesab edirəm ki, AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə akademik Dilqəm Tağıyevin təyin edilməsi düzgün qərardır və uyğun kadrdır. Onun həm geniş ali məktəb təcrübəsi var, həm vitse-prezident kimi çalışıb. Öz sahəsində də tanınmış alimdir. Ona görə tamamilə uyğundur. Digər tərəfdən də akademiyanın rəhbərinin ictimai elmləri, birinci vitse-prezidentin isə təbiət elmlərini təmsil etməsi, məncə, çoxşaxəli elmi fəaliyyət sahəsi olan akademiyanın idarə olunmasında əhəmiyyətli olacaq", - o əlavə edib.
Qeyd edək ki, qəbul edilən qərara uyğun olaraq akademiyada yalnız bir birinci vitse-prezident vəzifəsi təsis olunub. Akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.
AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə isə akademik Dilqəm Tağıyev seçilib.
D.Tağıyev daha əvvəl AMEA-nın vitse prezidenti vəzifəsini icra edib.
Beləliklə, AMEA-da yalnız bir birinci vitse-prezidenti vəzifəsi yaradılıb və vitse-prezidentlərin sayı artırılıb.
Hazırda AMEA-nın vitse-prezidentləri akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, akademik Nərgiz Paşayeva, akademik Tofiq Nağıyev, akademik İradə Hüseynova və akademik Rasim Əliquliyevdir.
Femida.az
Oxunub: 465
Oxşar xəbərlər
- İsa Bulağı tam bərpa edildi - FOTO
- İsa Həbibbəyli vəzifəsindən azad olundu
- İsa İsayev “Əmək” ordeni ilə təltif edildi
- İsa Həbibbəyli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
- İşaxtaran və işsiz vətəndaşların nəzərinə!
- İsa Qəmbər Fuad Qəhrəmanlının əməlini tənqid etdi
- İsa peyğəmbər rolunun ifaçısı evində ölü tapılıb
- İsa Həbibbəylinin oğluna daha bir vəzifə həvalə olundu
- İsa Həbibbəylinin oğlu yüksək vəzifəyə təyin olunub
- İsa Qəmbər insult keçirdi - Beyninə qan sızdı