Şəkidə narkotacirlər saxlanılıb
10:27 11 Yanvar 2021
_1573549269.jpg)
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli bilinən şəhər sakini R.Əhmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin, yaşadığı ünvana baxış keçirilən zaman isə oradan 465 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
R.Əhmədovun ətrafında davam etdirilən tədbirlərlə ona heroini satmaqda şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Cəfərov da saxlanılıb. Faktla bağlı Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Femida.az
Oxunub: 185
Oxşar xəbərlər
- Şəkidə kişi baldızını qətlə yetirdi
- Şəkidə keçmiş məhkum narkotiklə tutulub
- Şəkidə azyaşlının əli ətçəkən maşında qalıb
- Şəkidə koronavirusa kütləvi yoluxma aşkarlanan bazar açılıb
- Şəkidə qanunsuz ağac kəsməyə görə cinayət işi başlanıldı
- Şəkidə oğru dəstə ələ keçdi
- Şəkidə fərdi yaşayış evi yanıb
- Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
- Şəkidə yeni xəstəxana və yolun açılışı olub - Fotolar
- Şəkidə 6 tona yaxın narkotik vasitə məhv edildi