Şəkidə narkotacirlər saxlanılıb


10:27     11 Yanvar 2021 2019/11/hebs_yeni-(2)_1573549269.jpg

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli bilinən şəhər sakini R.Əhmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin, yaşadığı ünvana baxış keçirilən zaman isə oradan 465 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

R.Əhmədovun ətrafında davam etdirilən tədbirlərlə ona heroini satmaqda şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Cəfərov da saxlanılıb. Faktla bağlı Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 340