Ağcabədi və Yevlax sakinlərindən narkotik götürüldü


10:58     11 Yanvar 2021 heroin%20narkotik.jpg

Ağcabədi və Yevlax sakinlərində narkotik aşkarlanıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şərəfxanlı kənd sakini İ.İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 kq 218 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Yevlax rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kövər kənd sakini E.Cəfərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın, idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı 3 kq 135 qram marixuana, 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə qundağı və lüləsi kəsilmiş tüfəng götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 463