Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirdi - Saxlanılan var


11:20     11 Yanvar 2021 2021/01/0f800ba8-34da-3b97-b8db-7eb703f8fb2e_850_1610349814.jpg

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları nöbəti əməliyyat keçirib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Terequlovun yaşadığı evdən “Marqolin” markalı tapança, 1 904 ədəd patron və 2 ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 221