Bu rayonda karantini pozan mindən çox adam cərimələndi
11:32 11 Yanvar 2021

Yanvarın 1-dək Siyəzəndə karantin qaydalarını pozan 1052 nəfərə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, cərimə protokolları tərtib olunub və onlar məsuliyyətə cəlb olunublar.
DİN mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a verilən xəbərə görə, bundan əlavə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində mövcud karantin qaydalarını pozaraq fəaliyyət göstərən 5 kafe-restoran aşkarlanıb və qaydaları pozan obyekt sahibləri, eləcə də müştərilər barəsində qanunamüvafiq tədbirlər görülüb. Bir yas və bir qonaqlıq məclisinin təşkil edilməsi aşkarlanıb və dərhal qanun pozuntusunun da qarşısı alınıb.
Qeyd edilən müddət ərzində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları yaşayış yerini tərk edərək pandemiyanın yayılmasına şərait yaradan 4 nəfər aktiv COVID-19 xəstəsinin qanunazidd hərəkətinin qarşısını alıb və onlar barəsində İstintaq Bölməsində cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 206
Oxşar xəbərlər
- Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
- Bu iş yerlərinin fəaliyyətinə icazə verildi - SİYAHI
- Bu sürücülər 40 manat cərimə olunacaq? – RƏSMİ
- Bu marşrutların hərəkət sxemləri dəyişəcək
- Bu küçədə hərəkət məhdudlaşdırılacaq
- Bu vəkil şəhid ailələrinə və qazilərə təmənnasız hüquqi yardım göstərəcək
- Bu gün Qarabağla bağlı üçtərəfli görüş olacaq
- Bu yollarda hərəkət qismən məhdudlaşdırılacaq
- Bu gündən şagirdlərin yerdəyişməsi dayandırılır
- Bu qəzetlərə maliyyə yardımı göstəriləcək - SİYAHI