Rayondakı evini qumarxanaya çevirdi


12:19     11 Yanvar 2021 qumar.jpg

Astara sakininin evində qumar oyunu təşkil etdiyi aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsinin əməkdaşları bir neçə rayon sakininin karantin rejimi qaydalarını pozduğu və Ojakəran kənd sakini R.Əliyevə məxsus evdə toplaşaraq qumar oyunu oynadıqları müəyyən ediblər. Həmin vaxt orada olan şəxslər polis şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb və karantin rejiminin qaydaları bir daha izah edilib.

4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Femida.az

Açar sözlər:

Oxunub: 404