İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında görüş başlayıb
15:09 11 Yanvar 2021

Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.
Femida.az xəbər verir ki, Kremldə baş tutan görüşün təşəbbüskarı V.Putindir.
Tərəflər üç ölkə liderinin Dağlıq Qarabağ üzrə 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatının reallaşdırılmasının gedişatını nəzərdən keçirirlər. Eyni zamanda regionun problemlərinin həlli üzrə sonrakı addımlar müzakirə olunur.
Hərbi əməliyyatlar zamanı zərərçəkmiş bölgələrin sakinlərinə yardımların göstərilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin yaradılması və inkişafı da üçtərəfli danışıqların əsas mövzularındandır.
Eyni zamanda Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək.
Femida.az
Oxunub: 186
Oxşar xəbərlər
- Marketlərdə polietilen torbalar pulla satılacaq
- Polis və DSX birgə əməliyyat keçirdi - Həbs edilənlər var
- Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmayıb? - TƏBİB-dən MÜNASİBƏT
- Vəkillər Kollegiyası dövlətə 2,8 milyon manat qaytardı
- 2288 cinayət "isti izlər"lə açılıb
- Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib
- Ötən il Azərbaycanda 26 mindən çox cinayət qeydə alınıb
- Belçikada itkin düşən azərbaycanlının meyiti tapıldı - Su kanalında
- Şəhidlərin yeni siyahısı açıqlandı: 2855 nəfər dəfn edilib, 50 nəfər itkindir
- Azərbaycan Prezidenti: 2021-ci il də artıq qələbələrlə başlayır