Bu vəkil şəhid ailələrinə və qazilərə təmənnasız hüquqi yardım göstərəcək


15:14     11 Yanvar 2021 21_01_11_1610365401.jpg


“Vətən müharibəsində şəhid olan şəxslərin ailə üzvlərinə və qazilərə ödənişsiz hüquqi yardım göstərməyə hazıram”.


Femida.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Elçin Nadirov məlumat yayıb.

O qeyd edib ki, şəhid ailələrinə və qazilərə tam təmənnasız hüquqi xidmət göstərəcək:

“Biz Azərbaycanın qəhrəman övladlarına daim borcluyuq. Həmin şəxslər istənilən problemin həllində peşəkar hüquqi dəstək üçün 050 233 27 77 mobil nömrəsi (WhatsApp) və [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər".

Femida.az

Açar sözlər:

Oxunub: 3989