Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə yaradılan komissiya fəaliyyətə başlayıb


17:36     11 Yanvar 2021 21_01_11_1610372259.jpg

Müdafiə nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılan komissiya yanvarın 11-dən fəaliyyətə başlayıb.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, komissiya vətəndaşlar tərəfindən daxil olan müraciətlərin obyektiv və vaxtında araşdırması, həmçinin həll olunması istiqamətində zəruri tədbirlər görəcək.

Açar sözlər:

Oxunub: 192