Nazirlər Kabineti tikinti sektorunda şəffaflığın təmin olunması üçün qərar qəbul edib
18:33 11 Yanvar 2021

Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sistemi təkmilləşdirilir.
Femida.az -ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bəzi məsələlər barədə” qərarına verilən izahda əksini tapıb.
İzahda qeyd edilib ki, qəbul edilmiş qərar Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyini və həmin metodun tətbiq edilməsi ilə bağlı elektron informasiya bazasının yaradılması üçün aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirilməsi tələb olunan tədbirləri müəyyən edir.
Qərar dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsini nəzərdə tutur.
Bu qərarla yaradılan yeni mexanizm ölkənin tikinti sektorunda və dövlət sifarişlərinin həyata keçirilməsi prosesində şəffaflığın təmin olunmasına, neqativ hallara imkan verən boşluqların aradan qaldırılmasına xidmət edəcək, bürokratik işi azaldacaq və prosesi sadələşdirəcək.
Bununla yanaşı, Türkiyə Respublikasının mövcud təcrübəsindən istifadə etməklə yeni smeta-normativ və qiymətqoyma sisteminin yaxın 2 il ərzində təkmilləşdirilməsi məqsədilə müvafiq normativ-metodik sənədlərin hazırlanması və yeni yaradılacaq elektron informasiya sisteminə məlumatların avtomatik ötürülməsi üçün həyata keçirilməsi tələb olunan tədbirlər və onların icraçıları müəyyən edilib.
Oxunub: 233
Oxşar xəbərlər
- Nazirlər Kabineti 190 manatla bağlı qərar qəbul etdi
- Nazirlər Qarabağ bəyanatını müzakirə edib
- Nazirlər Kabineti xüsusi karantin rejimində dəyişikliklər etdi
- Nazirlər Kabinetindən sığorta haqqı ilə bağlı qərar
- Nazirlər Kabineti karantin rejimi ilə bağlı yeni qərarı açıqladı
- Nazirlər Kabineti Tovuz Rayon İcra Hakimiyyətinə vəsait ayırdı
- Nazirlər Kabinetindən icbari sığorta ilə bağlı QƏRAR
- Nazirlər və Qərargah Rəisləri hərbi təlimlərdə - FOTOLAR
- Nazirlər Kabineti qərarda dəyişiklik etdi
- Nazirlər Kabinetinin qərarı olmadan 3 "JEK" yaradılıb