Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir
11:27 12 Yanvar 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində ağır yaralanaraq sol ayağını itirmiş Abbas Mədəd oğlu Yusifovun da yüksək texnologiyalı protezlə təmin edilməsi üçün işlərə başlayıb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, qurumun tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazimizin ilkin müayinəsi aparılıb.
Ona protezləşməyə hazırlanması üçün lazımi təlimatlar verilib. 7-10 gün ərzində protezləşməyə tam hazır olandan sonra Abbasdan ölçülər götürülərək yüksək texnologiyalı protezlə təmin ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Yusifov Abbas Mədəd oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Femida.az
Oxunub: 249
Oxşar xəbərlər
- Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır
- Ombudsman qazilərlə görüş keçirdi
- Vətən müharibəsi qazisi dələduzluqla üzləşib
- “YAŞAT" qazilərə dəstəyini davam etdirir - Fotolar
- Daha bir qaziyə Prezident təqaüdü və müavinət veriləcək
- Daha bir qazi yüksək texnologiyalı protezlə təmin olunur
- “YAŞAT” Fondu üç qazini əməliyyat etdirib
- Qaziyə yeni mənzil verildi - FOTO
- Bu vəkil şəhid ailələrinə və qazilərə təmənnasız hüquqi yardım göstərəcək
- Daha bir qazi ailəsinə dəstək işləri aparılır