ICESCO nümayəndə heyəti azad edilmiş ərazilərimizdə
11:47 12 Yanvar 2021
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.
Femida.az xəbər verir ki, səfərin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olmaqdır.
Nümayəndə heyətinin səfəri Füzuli rayonundan başlayıb.
Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi Oqtay Qurbanov, ölkəmizin ICESCO üzrə milli komissiyasının baş katibi, Mədəniyyət Nazirliyinin administrasiya rəhbəri Vasif Eyvazzadə və xarici ölkələr üzrə əməkdaşlıq şöbəsinin müdiri İsa Məmmədov müşayiət edirlər.
Femida.az
Oxunub: 412
Oxşar xəbərlər
- İSESCO nümayəndə heyəti uğam Mərkəzində olub
- ISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
- "İçərişəhər" İSESCO-nun İslam İrsi Siyahısına daxil edildi
- "Erməni işğalı beynəlxalq hüququn pozulmasıdır" - İSESCO-nun baş direktoru
- BMT və ISESCO nümayəndələri “ASAN xidmət”də
- ASAN və ISESCO arasında Anlaşma Memorandumu imzalanıb
- Prezident ISESCO-nun baş direktorunu qəbul edib
- “Dünyada böhranların sayı artır” - İSESCO baş katibi
- İlham Əliyev ISESCO-nun Baş Konfransında
- ISESCO-nun 12-ci Baş konfransı Bakıda keçiriləcək