Qarabağ radioaktiv çirklənmələrdən təmizlənəcək
14:47 12 Yanvar 2021

AMEA-nın Geologiya və Geofizika İnstitutu Azərbaycanın işğaldan azad olunan ərazilərində müdafiə tematikası üzrə elmi-tədqiqat işləri həyata keçirəcək.
Femida.az -ın məlumatına görə, bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev deyib. O bildirib ki, bu proqramlardan biri də müasir avadanlıqlardan istifadə etməklə radioaktiv çirklənmə zonalarının müəyyənləşdirilməsi və tədqiqidir:
“30 ilə yaxın işğal altında qalan ərazilərimiz ermənilər tərəfindən radioaktiv çirklənməyə məruz qalıb. Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının tullantılarının Ağdərə və Kəlbəcər ərazisində basdırılması ilə bağlı məlumatlar mövcuddur. Qarabağda yüksək texnologiyalardan istifadə etməklə radioekoloji tədqiqatların aparılmasının planlaşdırılır”.
Oxunub: 276
Oxşar xəbərlər
- Qarabağ bölgəsinin turizm marşrutları hazırlanacaq
- Qarabağda 4 erməni hərbçinin cəsədi tapıldı
- Qarabağa avtobus reysləri açılacaq
- Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşdi
- Qarabağ Dirçəliş Fondunun nizamnamə fondunun məbləği 1 milyon manatdır
- Qarabağda televiziya proqramlarının yayımı təmin olunub
- Qarabağda erməni hərbçilərinin meyitləri aşkarlandı
- Qarabağda erməni minaya düşərək ölüb
- Qarabağda daha 7 erməni hərbçinin meyiti tapıldı
- Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi tam gücləndirildi