Vladimir Zelenski Maya Sandu ilə görüşüb
15:59 12 Yanvar 2021

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsində səfərdə olan Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu ilə görüşüb.
Femida.az -ın xəbərinə görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Twitter"də bildirib.
“Bu, iki ölkə arasında yeni münasibətlərin başlanğıcıdır. Bizi ortaq dəyərlər və Avropa ilə münasibətlərdə gündəlikdə duran məsələlər birləşdirir. Biz Moldova prezidentinin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyi və Krımın Ukrayna olması ilə bağlı yanaşmasını yüksək dəyərləndiririk", - deyə V. Zelenski qeyd edib.
M. Sandu Kiyevə səfəri çərçivəsində Ukraynanın baş naziri və ölkə parlamentinin sədri ilə də görüşəcək.
Xatırladaq ki, Moldova prezidenti Ukraynaya avtomobillə səfər edib.
Oxunub: 214
Oxşar xəbərlər
- Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
- Vladimir Zelenski Donetskə getdi
- Vladimir Putin Azərbaycan - Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi
- Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
- Vladimir Putin Azərbaycan xalqını təbrik edib
- Vladimir Zelenskinin rəsmi qarşılanma mərasimi olub
- Vladimir Putin Ermənistana səfər edəcək
- Vladimir Solovyov Qarabağda döyüşən ermənini studiyadan qovdu — VİDEO
- Vladimir Norov Azərbaycan xalqını təbrik edib
- Vladimir Voynoviç vəfat edib