Nazir müavini şəhid ailələrinə veriləcək evlərdən danışdı
17:58 12 Yanvar 2021

Keçmiş məcburi köçkünlər üçün inşa edilən mənzillərin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri aparılır.
Femida.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli deyib. Onun sözlərinə görə, bu böyük bir proqram olmaqla şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların evlə təminatında çox mühüm bir irəliləyiş olacaq:
"Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına da evlər veriləcəyini bəyan edib. Keçmiş köçkünlər üçün azad edilmiş yurd yerlərində evlərin tikiləcəyini, onlar üçün inşa olunmuş mənzillərin isə şəhid ailələrinə verilməsini tapşırıb. Dövlət başçısının göstərişi ilə inşa olunmuş həmin mənzillərin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri aparılır. Təbii ki, bu böyük bir proqram olmaqla şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların evlə təminatında çox mühüm bir irəliləyiş olacaq".
Femida.az
Oxunub: 217
Oxşar xəbərlər
- Nazirlik kiberdələduzlarla bağlı xəbərdarlıq etdi
- Nazirlikdən vulkan püskürməsi ilə bağlı açıqlama
- Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdü
- Nazirlər Kabineti tikinti sektorunda şəffaflığın təmin olunması üçün qərar qəbul edib
- Nazirin anasının əlilliyinin saxta olması iddiası ilə bağlı rəsmi açıqlama
- Nazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara xəbərdarlıq
- Nazirlikdən şagirdlərin yerdəyişməsi ilə bağlı açıqlama
- Nazirlər Kabineti 190 manatla bağlı qərar qəbul etdi
- Nazirlik əməkdaşları qaziyə baş çəkdi
- Nazir Xurşidbanu Natəvanın abidəsini ziyarət etdi