Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdü
18:32 12 Yanvar 2021

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Yevlax rayonunda şəhid Yusifbəyli Yusif Sabir oğlunun və şəhid Məmmədov Yusif Vaqif oğlunun ailələri ilə görüşüb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, nazir müavini şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.
O, şəhid ailələrinin dəstək tədbirləri ilə əhatə olunmaları üçün geniş miqyaslı işlər aparıldığını diqqətə çatdırıb. Hər iki ailənin sosial vəziyyəti ilə tanış olan V.Nəsirli onların yaşayışlarının daim diqqətdə saxlanacağını bildirib.
Dəstək tədbirləri çərçivəsində həmin şəhid ailələri üçün özünüməşğulluq proqramı əsasında aktivlər verilməklə yeni yaradılmış təsərrüfatlara baxış olub.
Şəhid Y.Yusifbəylinin qardaşı Asif Yusifbəyli üçün qurulmuş broyler təsərrüfatı və şəhid Y.Məmmədovun atası Vaqif Məmmədov üçün yaradılmış parket və taxta döşəmə cilalanması sexi nəzərdən keçirilib.
Proqram iştirakçıları dövlətin bu dəstəyindən səmərəli şəkildə faydalanaraq, təsərrüfatlarını inkişaf etdirəcəklərini, bunun üçün səylə çalışacaqlarını bildiriblər. Onlar ailə təsərrüfatlarını qurmaq üçün göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Femida.az
Oxunub: 220
Oxşar xəbərlər
- Nazirlikdən vulkan püskürməsi ilə bağlı açıqlama
- Nazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara xəbərdarlıq
- Nazirlikdən şagirdlərin yerdəyişməsi ilə bağlı açıqlama
- Nazirlik əməkdaşları qaziyə baş çəkdi
- Nazirlik şəhid ailələri və müharibə iştirakçılarına dəstək üçün yeni bölmə yaradıb
- Nazirlik şəhid ailələri ilə bağlı sosial plan hazırlayır
- Nazirlik: Düşmən əks-təbliğat aparmaq məqsədilə məlumat əldə etməyə çalışır - FOTO
- Nazirlikdən şəhid ailələri və yaralılara psixoloji dəstək
- Nazirlik qazi Kənanı nəzarətə götürdü - Anası işlə təmin edildi
- Nazirlik Fransanın tanınmış şəxslərini azad olunmuş ərazilərimizə dəvət etdi