Fransa parlamentinə Azərbaycanla bağlı qətnamə layihəsi təqdim olunub
19:33 12 Yanvar 2021

Fransa Milli Assambleyasına “Sülhə və regional inkişafa kömək məqsədilə Fransanın Cənubi Qafqazda rolunun möhkəmlənməsinin vacibliyi“ adlı qətnamə layihəsi təqdim edilib.
Sənədin müəllifləri Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri - deputatlar Jerom Lamber (Jerome Lambert), Jan - Lük Reytzer (Jean-Luc Reitzer), Andre Vilye (André Villiers), Mişel Vyale (Michel Vialay), Frederik Düma (Frederique Dumas) və Mjid El Gerabdır (Mjid El Guerrab).
Qətnamə layihəsində Fransa hökumətinə Cənubi Qafqazda sülhün qorunmasındakı rolu və bu məqsədlə Azərbaycanla yaxından əməkdaşlıq etməsi üçün tövsiyələr yer alıb.
Sənəddə Azərbaycanın Cənubi Qafqaz regionunda stabilliyin və inkişafın təmin olunmasındakı aparıcı roluna toxunulub.
Femida.az
Oxunub: 181
Oxşar xəbərlər
- Fransa paytaxtında aksiyalar zamanı saxlanılanların sayı 140 nəfəri keçib
- Fransada avtomobillər yandırılıb, mağazalar talan edilib, saxlanılanlar var
- Fransadakı aksiyalarda 60-dan çox polis yaralanıb
- Fransa radiosu Füzulidən reportaj hazırlayıb
- Fransada 130 mindən çox insan etiraz aksiyalarına qatılıb
- Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü
- Fransanın Mərakeşdəki Baş Konsulu intihar edib
- Fransalı deputatlar Bakıdakı erməni kilsəsində
- Fransa diplomatı İran XİN-ə çağrıldı
- Fransa səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb