İlham Əliyev Nazarbayevə məktub göndərdi
19:52 12 Yanvar 2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası “Nur Otan” Partiyasının Sədri Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.
Femida.az-ın məlumatına görə, təbrikdə deyilir:
“Hörmətli Nursultan Abişeviç,
Lideri olduğunuz “Nur Otan” Partiyasının Qazaxıstanda keçirilmiş parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə Sizi öz adımdan və Yeni Azərbaycan Partiyası adından ürəkdən təbrik edirəm.
Qazaxıstanın müasir tarixi ölkənin aparıcı siyasi qüvvəsi olan “Nur Otan” Partiyasının fəaliyyəti ilə sıx bağlıdır. Partiya yarandığı gündən Qazaxıstan dövləti və xalqına şərəflə xidmət etmiş, böyük işlər görmüşdür. Qurucusu olduğunuz və başçılıq etdiyiniz partiyanın bu qələbəsi Qazaxıstanın rifahı naminə həyata keçirdiyiniz ümummilli siyasətə, çoxşaxəli fəaliyyətinizə verilən yüksək qiymətin ifadəsi, xalqınızın Sizə olan inam və etimadının bariz təzahürüdür.
Azərbaycan ilə Qazaxıstanı ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanan strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, bu xoş ənənələrə əsaslanan Azərbaycan-Qazaxıstan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzu edirəm”.
Femida.az
Oxunub: 491
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib