Prezident Sadır Japarovu təbrik etdi
20:08 12 Yanvar 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb.
Femida.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Japarov,
Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Qırğızıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.
Femida.az
Oxunub: 330
Oxşar xəbərlər
- Prezident Xalq artistini təbrik etdi
- Prezident Xalq artistini təbrik etdi
- Prezident SOCAR-la bağlı fərman imzaladı
- Prezident yeni qurum yaratdı (FƏRMAN)
- Prezident Sumqayıtda iki zavodun təməlini qoydu
- Prezidentin köməkçisindən Azərbaycanın aldığı vaksinlərlə bağlı açıqlama
- Prezident Şuşada “Qazançılar kilsəsi”ndə olub - FOTO
- Prezident və ailəsi Cıdır düzündə - Fotolar
- Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - VİDEO+FOTOLAR
- Prezident İlham Əliyevin Füzuli və Şuşaya səfərindən - FOTOREPORTAJ