FHN-in yubiley medalı təsis edilib


21:05     12 Yanvar 2021 2021/01/fhn_m-1610469775_1610471171.jpg

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalı təsis edilib.

Femida.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununa dəyişikliyi təsdiqləyib.

Sənədə əsasən, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilib.

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 582