İtkin düşən 18 yaşlı əsgərimizin şəhid xəbəri gəldi - FOTO


10:47     13 Yanvar 2021 21_01_13_1610519560.jpg

Vətən müharibəsində itkin düşən daha bir əsgərin şəhid olması xəbəri gəlib.

Femida.az xəbər verir ki, 44 günlük müharibənin iştirakçısı olan 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan uzun müddətdir xəbər yox idi. Ötən gün onun yaxınları döyüşçünün şəhid olduğu barədə xəbər alıblar.

18 yaşlı əsgərimizin Füzuli istiqamətində şəhidlik zirvəsinə ucaldığı deyilir.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 411